-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Gəncədə də ayrıca avtobus zolaqları yaradıla bilər"

Ərşad Hüseynov: Sumqayıtla yanaşı Bakı və Gəncədə də bu zolaqların yaradılması faydalı olar

00:19:12 | 2019-07-07

Avtobusların rahat və fasiləsiz hərəkətinin təmin edilməsi avtomobil sıxlığının yaşandığı bütün iri şəhərlərin üzləşdiyi əsas problemlərdən biridir. Bu baxımdan Sumqayıtda avtobuslar üçün ayrıca hərəkət zolaqlarının yaradılması şəhər ictimaiyyəti tərəfindən təqdir və maraqla qarşılanmaqdadır. Məxsusi olaraq ictimai nəqliyyat üçün nəzərdə tutulan bu zolaqlar avtobusların daha çevik fəaliyyətini təmçin edəcək ki, bu da vətəndaş məmnunluğu baxımından olduqca önəmlidir.

GancaPost xəbər verir ki, məsələ ilə bağlı moderator-a açıqlamasında avtobuslar üçün ayrıca zolaqların yaradılmasının əhəmiyyətinə diqqət çəkən yol-nəqliyyat məsələləri üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov, bunun ictimai nəqliyyatın intensiv hərəkətinin təmini baxımından önəminə diqqət çəkdi:

“İctimai nəqliyyatın yüksək inkişaf etdiyi ölkələrin təcrübəsinə baxsaq görərik ki, orada avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb. Bu, yol hərəkəti haqqında qanunda da öz əksini tapıb. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda da bu hal öz əksini tapıb.

Yol hərəkətinin təşkili üzrə standartlar var ki, bu standartlarda da məlum məsələ öz əksini tapıb. Məlumat üçün qeyd edim ki, sovet dönəmində də Azərbaycanda, Bakı şəhərində xüsusi avtobus zolaqları olub. Bu zolaqlar indiki “Azadlıq” prospektində xüsusilə çox idi.

Ayrıca avtobus zolaqlarının mövcudluğunun mühüm əhəmiyyəti var. Xüsusi avtobus zolaqları ictimai nəqliyyata daha rahat və fasiləsiz hərəkət etmək imkanı yaradır. Belə zolaqların yaradılması tıxac olan zamanlarda belə avtobusların sərbəst fəaliyyətini təmin edir. Avtobusdakı sərnişinlər tıxac problemi ilə üzləşmirlər. Elə avtobus var ki, tutaq ki, onun içərisində 100 sərnişin var. Bu 100 nəfər sərnişini 50 minik avtomobili daşıyır.

Dünyanın hər yerində ictimai nəqliyyata üstünlüyün verilməsi ilə bağlı təbliğat aparılır. Yaponiya və Avropa ölkələrində bu üsulla ictimai nəqliyyatın əhəmiyyəti vurğulanır.

Bu baxımdan Sumqayıtda ayrıca avtobus zolaqlarının yaradılması təqdirəlayiqdir. Sumqayıtla yanaşı Bakı və Gəncədə də bu zolaqların yaradılması faydalı olar”.


ETİKET :  

Daha Çox