Gəncədə çoxmənzilli binaların lift təsərrüfatı yenilənəcək

GencePost.com xəbər verir ki, sərəncamla Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı bu sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb. Həmin çoxmənzilli binalar Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Abşeron, Bərdə, Goranboy, Salyan, Şəmkir və Tərtər də yerləşir.
Siyahıya uyğun olaraq Gəncədə 35 binanın lift sistemi yenilənəcək.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay