-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə bu qədər əhali yaşayır - STATİSTİKA

Gəncədə nə qədər əhali yaşayır? - STATİSTİKA

21:48:55 | 2021-01-13

Gəncədə yaşayan əhalinin sayı açıqlanıb.

Gəncə şəhər Statistika İdarəsindən GancaPost.info-ya verilən məlumata görə, 2021-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, Gəncə şəhər əhalisi 335 min 728 nəfər olub.

Bu göstəricilərə əsasən Gəncə şəhərinin Nizami rayonu ərazisində 152 min 975 nəfər, Kəpəz rayonu ərazisində isə 182 min 753 nəfər əhali yaşayır.

Şəhər əhalisinin ümumi sayının 163 min 835 nəfərini və ya 48,8 faizini kişilər, 171 min 893 nəfərini və ya 51,2 faizini qadınlar təşkil edir.

Qeyd edək ki, şəhərdə məskunlaşan məcburi köçkünlər şəhər əhalisinin daimi sayına daxil edilmir.

GancaPost.info


ETİKET :  

Daha Çox