-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə bomba sığınacaqları varmı?

“Sovet vaxtı ölkəmizdə ikimərtəbəli çarpayı və lazımi avadanlıqlarla təchiz edilmiş xüsusi bomba sığınacaqları var idi”

21:51:34 | 2020-10-07

Azərbaycanda İkinci Dünya Müharibəsi dövründə bombardmandan gizlənmək üçün sığınacaqların inşasına başlanıldı. Mühəndislərin düşündüyü bu xüsusi quruluşlu tikili bombardman zamanı mülki insanları qorumaq məqsədi daşıyırdı. Və elə o dövrdən keçmiş SSRİ-nin bir çox şəhərlərində çoxmərtəbəli binaların zirzəmiləri də bombadan sığınacaq kimi istifadə olunurdu.

Azərbaycanda mülki əhalinin Ermənistan tərəfindən bombalanması hallarının intensivliyinin artması ölkəmizdəki bomba sığınacaqları mövzusunu gündəmə gətirib.

Azərbaycan Memarlar İttifaqının rəhbəri Elbəy Qasımzadənin AYNA-ya dediyinə görə, ölkəmizdəki çoxmərtəbəli binaların zirzəmiləri Sovet dövründən bomba sığınacaqları rolunu oynayıb.

“İndi bu zirzəmilər gözəllik salonlarına və dükanlara çevrilib. Ölkəmizdə ayrıca ikimərtəbəli çarpayı və lazımi avadanlıqla təchiz edilmiş xüsusi bomba sığınacaqları da var idi. Bu bomba sığınacaqlarının sonrakı taleyi mənə məlum deyil”, - o bildirib.

İttifaq rəhbəri hesab edir ki, yeni binaların - “göydələnlərin” altında inşa edilən avtodayanacaqlar, binaların zirzəmiləri bomba sığınacaqları rolunu oynaya bilər.

Sovet dövründən qalan bomba sığınacaqlarından bu gün istifadə edilirmi? Və yaxud da “çoxmərtəbəli binaların zirzəmilərindən bomba sığınacaqları kimi istifadə edilirmi”?

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Fərid Əbdülzadə qeyd edib ki, şəhərdə kifayət qədər bomba sığınacaqları var: “Bu bomba sığınacaqlarının hamısı vaxtaşırı yoxlanılır”.

Şəhərdəki çoxmərtəbəli binaların zirzəmilərinə gəlincə, İcra başçısının köməkçisi “bu barədə heç nə bilmirəm” cavabı ilə kifayətlənərək, onların vəziyyəti barədə danışmaq istəməyib.

Gədəbəy rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Natiq Nağıyev isə deyib ki, rayonda Sovet dövründən qalan bir neçə bomba sığınacağı var: “Bütün bu bomba sığınacaqları qəzalı vəziyyətdə idi. Ancaq onları bərpa etdik. Bizim rayonumuzdakı zirzəmilər mağazalar və gözəllik salonları üçün istifadə olunmur. Bu zirzəmilər erməni bombalarından sığınacaq kimi də istifadə edilə bilər”.


ETİKET :  

Daha Çox