-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə beynəlxalq qadın filmləri festivalı keçiriləcək

25-29 avqustda Gəncədə II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

00:29:50 | 2021-07-08

GancaPost.info xəbər verir ki, bu il üçün planlaşdırılan layihə daha geniş, beynəlxalq və yerli qonaqların iştirakı ilə keçiriləcək.

Pandemiya ilə əlaqədar ötən ilki festival yalnız onlayn film nümayişləri və regionlarda gənclər üçün film çəkilişi təlimləri ilə yekunlaşmışdı.

Beynəlxalq Qadın Sənədli Film Festivalı əsas fəaliyyətini sənədli filmlər vasitəsiylə gender məsələlərini müzakirəyə qaldırmağa yönəldir.

Festivalın bu ilki buraxılışının mövzusu qadın ölümlərinə həsr olunub.

Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayından fəaliyyət göstərən festival Aygün Rəşidova və Elmira Əzizxanlı tərəfindən təsis olunub və ölkədə gender məsələlərinə fokuslanan müstəqil sənədli film festivalıdır. SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı yerli kinematoqrafçıları və bu sahəylə əlaqədar insanları sənədli filmə təşviq etmək, eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. 


ETİKET :  

Daha Çox