-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə bayraq dirəkləri bayraqsız qalıb

Gəncədə bayraq dirəkləri bayraqsız qalıb.

15:17:48 | 2021-08-31

44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə həmrəyliyinə dəstək olaraq bir çox yerdə iki ölkənin bayrağı ucaldıldı.

GancaPost.info xəbər verir ki, həmin dövrdə Gəncədə də əhali öz həmrəyliyini nümayiş etdirib.

Müharibədən bir müddət sonra bayraqlar endirilib. Əhali bayraqların dəyişdirilərək yenilənəcəyini düşünsə də, bugünə qədər dirəklər bayraqsız qalıb.

Şəhər sakinlərinin sosial şəbəkədə paylaşdığı fotolardan aydın görünür ki, Bayraq meydanında, Şəhərin girişindəki Qala Qapılarının və İcra Hakimiyyətinin yanındakı dirək bayraqsızdır.

Ölkənin ikinci böyük şəhərində dövlət bayrağımıza qarşı belə bir durumun yaşanması şəhər sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır və məsuliyyəti Gəncə Şəhər İcra Hakimiyyəti daşıyır.


ETİKET :  

Daha Çox