-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə bayram namazı qılınıb

Gəncədə Ramazan bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.

11:31:01 | 2019-06-05

Gəncə şəhərində Ramazan bayramı ilə əlaqədar səhər saatlarında başlayaraq məscidlərdə bayram namazı qılınıb.

GancaPost xəbər verir ki, bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb. Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.

Ramazan ayı zamanı bağışlanmaq, saflaşmaq və müdrikləşmək lazımdır. Həmçinin, bu gün mübarək aya məxsus Fitr bayramı da qeyd olunur. Məhz bu gün çıxarılan Fitrə zəkatları imkansız insanların yararlanmasına şərait yaradır.


ETİKET :  

Daha Çox