-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə “AzTelekom” abunəçiləri şirkətdən narazıdır

Gəncədə “AzTelekom” abunəçiləri şirkətdən narazıdır - GİLEY

11:57:04 | 2019-08-08

Son vaxtlar Gəncədə “AzTelekom” internet provayder şirkətinin xidmətindən narazılıq edənlərin sayı artıb.
Belə ki, adı çəkilən provayderin abunəçiləri GancaPost.com-a açıqlama verərək bildirir ki, günün müxtəlif saatlarında internetin verilməsində problemlər yaranır. Gəncənin Zərrabi küçəsi, Ozan küçəsi, Üzeyir Hacıbəyov, İsmət Qayıbov küçəsinin sakinlərinin sözlərinə görə, internet əsasən axşam, insanların daha çox işdən evə qayıtdığı vaxtlarında problem olur.

“Şirkətə və Telekommunikasiya İdarəsinə zəng edəndə də deyirlər ki, düzələcək. Vaxtlı-vaxtında pulumuzu ödəyiriksə, niyə internetin verilişində problemlər olmalıdır? Bu artıq uzun zamandır ki, davam edir və heç kəs də məsələnin həllinə əncam çəkmir. Məcburi qaydada hamını “AzTelekom” provayderinə qoşdular. Monopoliya edirlər. Bu ərazidə fəaliyyət göstərən başqa internet proveyderləri yoxdur. Heç kəs də məsələnin həllinə çalışmır”.
Sakinlər internetlərinin kəsilməsi ilə yanaşı, həmçinin sürətinin də ürəkaçan olmadıqlarını deyir:
“Ayda 12, hətta 20 manatlıq kompaniyaya qoşulanımız var. Amma bizə vəd edilən sürətli interneti ala bilmirik. Bildiyimiz qədəri ilə “AzTelekom” dövlət müəssisəsidir. Bunlar da bizi aldadırsa, o zaman özəl şirkətlərdən nə gözləyək?”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


ETİKET :  

Daha Çox