-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanılıb

15:56:08 | 2021-02-28

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşrut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək sürməklə avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.


ETİKET :  

Daha Çox