-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə havanın keyfiyyətini ölçən avtomat stansiya quraşdırılıb

Gəncədə atmosfer havasının keyfiyyətini ölçən avtomat stansiya quraşdırılıb.

00:06:48 | 2020-12-19

"Bakıda, Sumqayıtda və Gəncədə atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiyalar quraşdırılıb".

GancaPost.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi: "Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı. Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb".

U.Tağıyeva qeyd edib ki, ölkədə həyata keçirilən "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb: "Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq. Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-in saytında bu məlumatlarla tanış ola biləcək. Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib.

O, həmçinin vurğulayıb ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə çirklənməyə daha çox məruz qalır: "İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir. Lakin müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür.


ETİKET :  

Daha Çox