Gəncədə ata və anasını bir gecədə itirən uşaqlar

Gəncə şəhərinə ermənilər tərəfindən atılan raket zərbəsi şəhərdə təkcə dağıntılar törətmədi. İnsanların həyatına son qoyan bu terror həm də uşaqların acı xatirəsinə çevrildi. Terror hadisəsi nəticəsində 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itiriblər.

Hüseyn hadisə baş verəndə nənəsigildə olub. Qayıdanda isə evlərinin, nə də valideynlərinin orada olmadığını görüb.

16 yaşlı Sevil isə həmin gecə valideyinləri ilə birgə olub. 2 gün əvvəl Gəncəyə atılan raket onların binasına düşüb. Sevil bildirir ki, o, dağıntılar altında atasının səsini eşidib.

İndi bu uşaqlara qohumları sahib çıxacaq. Əmisi Yalçın Əliyev deyir ki, qardaşının balaları artıq onlara əmanətdir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində Hüseyn və Sevil Əlizadələr, həmçinin körpə Nilay Əliyeva hər iki valideynini itirib. Ümumilikdə isə 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR