-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Arxeoloji park yaradılacaq

Gəncədə kurqanlardan ibarət Arxeoloji park yaradılacaq.

13:36:21 | 2019-08-21

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov CAMNES Elmi Tədqiqat Mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Laneri qəbul edib. Görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə Arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

GancaPost xəbər verir ki, görüşdə Nikola Laner Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət Arxeoparkın yaradılması üçün əlverişli şərait olduğunu bildirib. O, unikal Arxeoparkın yaradılması yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.

Niyazi Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların nəzərinə çatdırıb. O, qeyd edib ki, bu cür Arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına da təkan verəcək. Şəhər rəhbəri bu işdə Gəncə Şəhər İcra Hakimiyyəti olaraq öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Sonda açıq səma altında Arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.


ETİKET :  

Daha Çox