Gəncədə ağacların məhv edilməsinə görə cinayət işi açılıb

Bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz olaraq yerindən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ərazidə yerləşən qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlər aparmasını etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərov Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək qeyd olunan ünvandakı obyektin qarşısında olmuş 27 ədəd kolu və 2 ədəd ağacı qanunusuz olaraq çıxarıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR