-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Avtovağzalının ətrafından keçən yol baxımsız vəziyyətdədir

Gəncə Avtovağzalının ətrafından keçən yol baxımsız vəziyyətdədir.

12:13:36 | 2020-02-10

Gəncə Avtovağzalının ətrafından keçən yol baxımsız haldadır. Ətrafına atılan tullantılar isə yoldan istifadəni çətinləşdirir.

Məlumata görə, avtovağzala qədər olan əsas yol, eləcə də şəhər istiqamətində çəkilmiş ehtiyat yol asfaltlanıb. Ancaq aradakı yolun vəziyyəti əsasən sürücüləri narahat edir. Xüsusən də ictimai nəqliyyatda çalışanları.

Yolun baxımsızlığı ilə yanaşı, ətrafa atılan tullantılar da bura diqqət ayırmağın vacibliyini ortaya qoyur. Yolun durumu həm sürücülər, həm də sərnişinləri dilə gətirib.

Amma dediklərinə görə, yaranmış vəziyyət ərazidə yerləşən Gəncə Beynəlxalq Avtovağzalının rəhbərliyini də narahat edir. Qurumun rəsmiləri məsələni həll etmək üçün təşəbbüs də göstərib.

Gəncə Beynəlxalq Avtovağzalın direktoru Namiq Həsənov qeyd edib ki, problemlə bağlı aidiyyatı quruma müraciət ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən isə XəzərXəbər-ə bildirilib ki, sözügedən yol bu il təmir olunacaq.

İndi həm sürücülər, həm də sərnişinlər səbirsizliklə yolun təmir olunacağını gözləyirlər.


ETİKET :  

Daha Çox