-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Avtomobil Zavodu: mənfəət, yoxsa zərər?

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilk dəfə maliyyə hesabatını mətbuatda dərc edib.

00:43:33 | 2019-11-16

“Gəncə Avtomobil Zavodu” 2018-ci maliyyə ilini necə başa vurub?

Hesabatda göstərilir ki, avtomobil zavodunun satış və onların maya dəyəri nəzərə alınmaqla 2018-ci ildə ümumi mənfəəti 9 milyon 262.5 min manat olub. Bu dövrdə zavodun kommersiya, inzibati və digər əməliyyat xidmətləri üzrə xərcləri 19 milyon manatdan çox olub. Eyni zamanda, hesabatda bu xərclər mənfi deyil, müsbət mənada göstərilir. Hesabata görə, ötən il Gəncə Avtomobil Zavodu mənfəət əldə edib (1 milyon 274.5 min manat) və bu mənfəətdən 255 min manat vergi ödəyib. Beləliklə, il müəssisə üçün 1 milyon manatdan çox mənfəətlə başa çatıb.

Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir.


ETİKET :  

Daha Çox