-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Avtomobil bazarında durğunluqdur: Səbəb nədir?

Satıcılar durğunluğun səbəbini birmənalı olaraq gömrük rüsumlarının artırılması ilə əlaqələndirdilər.

02:54:56 | 2019-04-29

Məlum olduğu kimi, yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırıldı. Minik avtomobillərində mühərrikin həcminə görə tətbiq olunan müvafiq aksiz dərəcəsi qısa zamanda öz təsirini göstərdi. Nəticədə ilin sonlarında avtomobillərin qiyməti bir xeyli bahalaşdı.

Bu ilin ilk yarısından avtomobillər fantastik həddə bahalaşdı. Bahalaşma əsasən, bu ilin fevral və mart aylarında başladı. 7-8 min manata təklif olunan avtomobillər, 10-12 min manata qədər qalxdı. Qısa zamanda müxtəlif markalı avtomobillərin qiymətində 3-4 min manatadək artım baş verdi.

Qiymət artımı əsasən ikinci əl avtomobillərdə daha çox nəzərə çarpdı. İkinci əl avtomobillərdən “Mercedes”, “BMW”, “Opel” və sairələrinə olan tələbat, bu avtomobilləri bir qədər də bahalaşdırdı. Əvvəllər “Mersedes-E class” kateqoriyasından olan avtomobillər 12 min manata təklif olunurdusa, hazırda 15 min manatdan ucuz almaq mümkün deyil.

Buna baxmayaraq bazarda alıcılıq səviyyəsi çox aşağıdır. Satıcılarla söhbət zamanı bildirdilər ki, son aylar avtomobil bazarında durğunluqdur. Bazarda olduğumuz zaman da müşahidə etdik ki, alıcıdan çox satıcı var. Satıcılar durğunluğun səbəbini birmənalı olaraq gömrük rüsumlarının artırılması ilə əlaqələndirdilər.


ETİKET :  

Daha Çox