-- Adversting 9 --
-- Adversting 10 --

Gələn il Gəncədə DOST mərkəzi açılacaq

2022-ci ildə Gəncədə DOST mərkəzi açılacaq.

15:45:32 | 2021-03-19

Gəncə və Sumqayıtda DOST mərkəzinin açılışı ilə bağlı layihələndirmə işlərinə start verilib.

GancaPost.info xəbər verir ki, bunu “Sosial saat”da çıxışı zamanı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin ikinci yarısında həm Sumqayıt, həm Gəncədə DOST mərkəzlərinin açılışı planlaşdırılır.

F.Məmmədov qeyd edib ki, yaxın zamanlarda bir çox xidmətlər elektronlaşdırılacaq.


ETİKET :  

Daha Çox