-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gələn il Azərbaycanın dövlət büdcəsi nə qədər olacaq?

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.

16:54:28 | 2019-09-13

GancaPost saytı xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.

Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.

Azərbaycan hökuməti illik inflyasiya ilə bağlı proqnozlarını da açıqlayıb.

2019-cu ildə Azərbaycanda inflyasiyanın 3,7% təşkil edəcəyi proqnozlaşdırılır.

Hökumətin 2020-ci ildə qiymət artımı ilə bağlı proqnozu isə 4,6%-dir. Bu göstəricinin 2021-ci ildə 4,5%, 2022-ci ildə 4,1%, 2023-ci ildə isə 3,9% olacağı gözlənilir. 


ETİKET :  

Daha Çox