-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Fransada “Boz Qurd”lar təşkilatı qadağan edilir

Fransa “Boz Qurd” təşkilatını qadağan etmək istəyir

20:29:28 | 2020-11-03

Fransa Daxili İşlər naziri bildirib ki, Türkiyənin millətçi "Boz Qurd"lar təşkilatı bu ölkədə qadağan olunacaq.

Nazir deyib ki, bundan bir neçə gün əvvəl keçirilmiş anti-erməni nümayişlərində zorakılıq və vandalizm aktları törədilib.

Bu nümayişlərin məhz "Boz Qurd"lar qrupuna bağlı olduğu bildirilir.

Fransa Daxili İşlər naziri Gerald Darmanin noyabrın 2-də "Boz Qurd"ları “xüsusilə aqressiv qrup” adlandırıb.

Nazir deyib ki, həm də "İdeliast Ürəklər" kimi tanınan bu qrupun qadağan edilməsi məsələsinə yaxın günlərdə hökumət iclasında baxılacaq.

Türkiyədə "Boz Qurd"ları Devlet Bahçelinin millətçi Milli Hərəkət Partiyası (MHP) ilə bağlayırlar.

Bu partiya Türkiyə prezident Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AK) ilə müttəfiqdir.


ETİKET :  

Daha Çox