-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Formula 1” yarışlarını Gəncədə də keçirmək olar - BAXCP

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) “Formula 1” yarışlarının Gəncədə keçirilməsini təklif edib.

23:31:28 | 2019-04-29

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

GancaPost xəbər verir ki, partiyanın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub.

İclasda Bakıda keçirilən “Formula 1” yarışlarına toxunulub. Qeyd olunub ki, “Formula 1” dünyanın əksər ölkələrində öz populyarlığı ilə seçilir və bu yarışlar Azərbaycanın tanıdılması, eləcədə ölkəmizin turizm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda eyni zamanda bildirilib ki, belə yarışların əhalinin sıx yaşadığı ərazilərdə, böyük meqapolislərin mərkəzi hissəsində keçirilməsi əhali üçün müəyyən problemlərin yaranmasına yol açır. Bu səbəbdən BAXCP İdarə Heyəti “Formula 1” yarışlarının növbəti illərdə Naxçıvanda, daha sonra isə Gəncədə keçirilməsini məqsədəuyğun hesab edir. Bu, eyni zamanda ölkəmizin digər bölgələrinin də tanıdılmasına və həmin bölgələrə turistlərin cəlb edilməsinə zəmin yarada bilər”.


ETİKET :  

Daha Çox