-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Evini kirayə verənlər vergi ödəməlidir

Şəxsi evini notarius qaydası ilə kirayə verən fiziki şəxs gəlirindən vergi ödəməlidirmi?

13:25:51 | 2019-08-17

"Evini kirayə verənlər 14 faiz vergi ödəməlidir".

Vergilər Nazirliyinin Media və Kommunikasiya mərkəzindən bildirilib ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.

Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda, ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutulmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin bəyannamə vermək öhdəliyi olan vergiödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.


ETİKET :  

Daha Çox