-- Adversting 9 --
-- Adversting 10 --

Ermənistanda Putinin və Kremlin plakatları

Ermənistanda Putinin və Kremlin plakatları

14:11:33 | 2021-09-13

Ermənistanın müxtəlif bölgələrində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Kremlin plakatları yerləşdirilir.

Bu barədə sentyabrın 13-də Ermənistana məxsus "Bagramyan 26" teleqram kanalı məlumat verib.

Xəbərdə bildirilir ki, plakatları "Bir əsr boyu birlikdə" və "Bir əsr boyu Rusiya ilə" yazıları da müşayiət edir.

"Bagramyan 26" teleqram kanalı plakatların meydana çıxmasının Rusiya ilə Belarus arasında imzalanan İttifaq Dövləti müqaviləsinin imzalanması ilə əlaqədar ola biləcəyini ehtimal edir. 

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə 28 bəndlik Rusiya-Belarus İttifaq Dövlətinin Proqramı haqqında razılıq əldə edildiyini açıqlayıb. 

İqtisadi və sosial sahələrdə inteqrasiyanı təmin edəcək İttifaq Dövlətinin 28 maddədən ibarət proqramı ilə iki ölkə iqtisadiyyatının müxtəlif sahələrini birləşdirmək, ortaq maliyyə və enerji bazarları, ortaq sənaye və kənd təsərrüfatı siyasətinin həyata keçiriləcəyi bildirilib. 

Belarus Prezidenti Aleksandr Lukaşenko müqavilənin imzalanmasından sonra bildirmişdi ki, bu digər MBB ölkələri üçün də nümunə olar bilər:

"Rusiya və Belarus ittifaqı - MDB hüdudlarında yeni birliklərə yola açmaq üçün bir yol və nümunə rolunu oynayacaq", - deyə Lukaşenko vurğulayıb.


ETİKET :  

Daha Çox