-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənistanda lövhə qoyuldu: Şəmkir, Gəncə, Bakı...

Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb.

13:29:07 | 2021-01-12

Ermənistanın Tavuş ərazisnin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı şəhərlərinə olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb.

GancaPost.info xəbər verir ki, lövhənin fotosu erməni Teleqram kanalları tərəfindən yayılıb.

Erməni istifadəçilər şəkli “Yeni reallıq” başlığı ilə paylaşıblar. Sözügedən foto erməni istifadəçilər üçün rezonans xəbərə çevrilib.

Lövhəyə eyni zamanda Azərbaycan istiqamətində yolun bağlı olduğunu, girişin qadağan edildiyini göstərən yol nişanı vurulub.


ETİKET :  

Daha Çox