-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənistan Gəncədə Nizami Gəncəvi Muzeyinə raket atıb

Ermənistan Gəncədə Nizami Gəncəvi Muzeyinə raket atıb.

21:48:54 | 2020-10-08

Ermənilərin atdığı raketlərdən birinin muzeyin yaxınlığına düşməsi nəticəsində binanın fasadına ziyan dəyib və şüşələri qırılıb.

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərinə raket zərbələri endirib. Nəticədə bir neçə mülki obyektə, bir avtomobilə və yaşayış binalarına maddi ziyan dəyib.

Ermənilərin ziyan vurduğu obyektlər arasında Gəncə şəhərindəki Nizami Gəncəvi Muzeyi də var. Ermənilərin atdığı raketlərdən birinin muzeyin yaxınlığına düşməsi nəticəsində binanın fasadına ziyan dəyib və şüşələri qırılıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən şəhər və kəndlərimizin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.


ETİKET :  

Daha Çox