-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə edib

Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə edib - keçmiş Baş Qərargah rəisi

20:25:59 | 2020-11-19

Ermənistan Silahlı Qüvvələri Qarabağda 44 günlük müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə edib. Bu sensasiya doğuran etirafı cümə axşamı Yerevanda keçirilən mətbuat konfransında Ermənistan SQ-nin keçmiş Baş Qərargah rəisi Movses Akopyan bildirib.

"Bəli, “İsgəndər”dən istifadə olunub, amma hansı istiqamətdə olunduğunu deyə bilmərən”, - deyə Akopyan “İsgəndər”dən niyə istifadə olunmaması barədə suala cavabda bildirib.

Qeyd edək ki, müharibə günləri ermənilər ən güclü raket zərbələrini iki dəfə Gəncə şəhərinin yaşayış məntəqələrinə endirib, burada 50-yə yaxın insan həlak olub, 70 nəfərdən çox insan yaralanıb.

Məsələ ilə bağlı Sputnik Ermənistan portalı bilririr ki, Ermənistan Silahlı Qüvvələri "İsgəndər" raket kompleksindən müharibənin sonlarına yaxın istifadə edib.


ETİKET :  

Daha Çox