Ermənilərin Gəncədə öldürdükləri 13 yaşlı uşaqla bağlı iyrənc oyunları

Ermənilərin iyrənc oyunları bu dəfə Gəncə hadisələrində dünyasını dəyişən 13 yaşlı Artur Mayakovun üzərində qurulub.

Arturun anası milliyətcə rus olan Anna Mayakova ermənilərin təsiri altında sosial şəbəkələrdə yalan məlumatlar yayır, övladı və övladının atası Ramil Quliyevlə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşır.

Bəs əslində həqiqət nədir?

Apardığımız araşdırma zamanı bu həqiqəti ortaya çıxardıq. Belə ki, Artur Mayakov 2007-ci ildə Rusiyanın Yessentuki şəhərində dünyaya gəlib. Uşağın atası Ramil Quliyevdir. Artur Mayakov dünyaya gəlməzdən öncə, yəni 2006-cı ildə Ramil Quliyev dünyasını dəyişib. Lakin Ramilin anası və digər yaxınları Artur Mayakovu daim axtarır, dəfələrlə Yessentuki şəhərinə gedir, nəvəsinin ad günlərini qeyd edir, bir sözlə, mütəmadi olaraq Artur Mayakovu diqqət və qayğı ilə əhatə etməyə çalışırlar.

Quliyevlər ailəsi bir neçə dəfə qadına övladına atasının soyadını verməsini tələb edib. Lakin Anna Mayakova bu tələbdən daima imtina edib. Artura öz soyadını verib.

Bir müddət sonra isə Anna Mayakova övladını atasının qohumlarına ümumiyyətlə göstərmək istəmir. Qadın bu addımına heç bir izahat da vermir. Sonradan məlum olur ki, Anna Mayakova yaşadığı Yessentuki şəhərində erməniyə ərə gedib və erməni olan ikinci əri azərbaycanlı bir uşağın öz yaxınlarına göstərilməsinə icazə vermir. Lakin bir müddət sonra Quliyevlər ailəsinə Yessentukidən məktub gəlir. Məktubu göndərən Artur Mayakovun nənəsi olan İrina adlı qadın olur. "Gəlin övladınızı götürün, yoxsa Arturu uşaq evinə verəcəyik".

2016-cı ildə Artur Mayakov hər iki tərəfin razılığı ilə öz vətəninə, ata yurduna gətirilir. Gəncə şəhərində orta məktəbə gedir və hər bir azərbaycanlı kimi normal həyatını yaşamağa başlayır.

Oktyabr ayının 17-si isə terrorçu Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncə şəhəri ballistik raketlərlə atəşə tutulur. Raketlərdən biri Mayakovun yaşadığı evə düşür. Nəticə etibarı ilə 13 yaşlı yeniyetmə ağır xəsarət alır və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişir.

Artur Mayakov atası Ramil Quliyevin məzarının yanında dəfn edilib. Təəssüf doğuran məqam sonradan Mehrabyan soyadını götürən bir qadının, bir ananın övladı və övladının ata qohumları haqqında yalan məlumatlar yaymasıdır.

Görünür, Anna ermənilərin təsiri altında və nələrinsə müqabilində öz övladı üzərindən ermənilərin siyasi oyunlarına alət edilib. (BakıPost)

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR