-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənilərin artilleriya atəşindən İmamzadə kompleksi zərər görüb

Gəncəyə atılan mərmilər məsciddə dağıntıya səbəb olub.

00:48:53 | 2020-10-10

Mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə açdığı artilleriya atəşi həm də dini abidələrə, məzarlıqlara zərər vurub.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci şəhəri Gəncəni artilleriya atəşinə tutması nəticəsində ibadət yerlərinə də ziyan dəyib.
Ən çox zərər 9-cu əsrin yadigarı olan kompleks Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Yaxınlıqda yerləşən və Gəncənin ən qədim məzarlıqlarından birinə düşən raket mərmisi həm qədim qəbirlərə, həm də İmamzadə kompleksindəki məsciddə dağıntılar törədib.

Qeyd edək ki, Gəncə şəhəri 3 gün intensiv artilleriya atəşinə tutulub.


ETİKET :  

Daha Çox