-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənilər Gəncəni “Ermənistanın qəlbi” adlandırdı - FOTO

Ermənilər Gəncəni “Ermənistanın qəlbi” adlandırdı.

07:26:08 | 2020-05-07

"VKontakte" sosial şəbəkəsində Qondarma Dağlıq Qarabağ Respublikası adlı səhifədə ermənilər Gəncədə yerləşən “Müqəddəs Sərkis” adı qoyulmuş erməni kilsəsinin fotosunu yayıblar.

GancaPost saytı xəbər verir ki, fotonun şərhində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təhdid edən növbəti həyasız ifadələr öz əksini tapıb.
“Kirovabad / Qandzak - Ermənistanın qəlbi. Müqəddəs Sərkis kilsəsi. Şəhər artıq 30 ildir ki, Azərbaycan terrorçuları tərəfindən işğal edilib" - ermənilər rus dilində Azərbaycanın 2-ci böyük şəhəri, Qədim Gəncə haqqında bu sözləri yazıblar.
Daha sonra şərhlərdə müzakirə açan ermənilər həyasızcasına Gəncəni Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı görməyi, nə vaxtsa Gəncəyə qayıdacaqlarını və Naxçıvana göz tikdiklərini qeyd edirlər.
P.S. Təəssüf ki, bizlər hələ də işğal olunmuş torpaqlarımızla bağlı BMT-nin qəbul etdiyi qərarların icrasını gözləyirik. Belə gedişlə deyəsən hələ çox gözləyəcəyik...


ETİKET :  

Daha Çox