-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Müharibə zamanı Gəncədə dağılan evlər 3 aya bərpa ediləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi evlərin bərpası üzrə müqavilələr bağlayıb.

17:19:43 | 2021-04-26

GancaPost.info xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi düşmən təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderlərin qalibi “Conco” Qapalı Səhmdar Cəmiyyəti olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qeyd olunan işlər üçün "Conco" Qapalı Səhmdar Cəmiyyəti-nə 489 447 515 manat vəsait ayırıb. Qeyd olunan işlərin bitmə tarixi 30.07.2021-ci il olaraq göstərilib.


ETİKET :  

Daha Çox