-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Erməni jurnalistlər Gəncəyə gəlib?

Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı - Dağlıq Qarabağ və Gəncəyə kimlər gedib? (SİYAHI)

23:06:33 | 2019-11-23

Noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

GancaPost saytı Azpost.info-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinin iştirakı ilə həyata keçirilib.

Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə - Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.


ETİKET :  

Daha Çox