-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Erməni generalı Gəncə və Bakını vurmaqla HƏDƏLƏDİ

"Bakının bütün neft komplekslərini vuracağıq” - "Onların hamısına çıxışımız var!”

17:22:26 | 2020-07-06

Ermənistan həmişəki kimi başından böyük danışmaqda davam edir...

Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın səyləri davam etdiyi bir zamanda erməni tərəfinin təxribatçı bəyanatları davam edir.
GancaPost.info xəbər verir ki, moderator.az-ın məlumatına görə, bir müddət bundan öncə müharibə olacağı təqdirdə Mingəçevir su anbarını vuracaqlarını dilə gətirən Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Harutyan, bu dəfə Bakının neft komplekslərini sıradan çıxaracaqlarını bildirib. Düşmən generalı Bakıdakı bütün neft komplekslərinə çıxışa malik olduqlarını, bunun tamamilə mümkün olduğunu vurğulayıb.
Bundan başqa, V.Harutyan Gəncə və Sumqayıta da zərbə endirəcəklərini qeyd edib. Sabiq müdafiə nazirinin sözlərinə görə, istər Bakıya, istərsə də Gəncə və Sumqayıta raket zərbələri endirməkdə məqsəd Azərbaycanın iqtisadi potensialını məhv etmək olacaq.
Məlumat üçün qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mingəçevir su anbarına raket zərbəsi endirmək təşəbbüsünün də qızğın müdafiəçilərindəndir.
Onu da xatırladaq ki, Ermənistanda son vaxtlar bu cür təxribatçı, avantürist bəyanatların sayı artmaqdadır.


ETİKET :  

Daha Çox