-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Elmar Vəliyevin güllələnməsi işi üzrə istintaq başa çatdı

Yunis Səfərovun istintaqı başa çatdı.

22:31:48 | 2019-10-30

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım Aşpazova sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

GancaPost saytı Azadlıq Radiosuna istinadən xəbər verir ki, cinayət işi üzrə 12 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Onlara 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.

Yunis Səfərov və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə ittiham irəli sürülüb.

Bu maddələrdə qəsdən adam öldürməyə cəhd (29,120), quldurluq (181), terrorçuluq (214), terrorçuluğa açıq çağırışlar (214-2), terrorçuluq məqsədilə təlim keçmə (214-3), cinayətkar birlik (təşkilat) yaratma (218), qanunsuz silah-sursat saxlama (228), qanunsuz silah hazırlama (229), odlu silahı talama və ya hədə-qorxu ilə tələbetmə (232), satış məqsədilə külli mirdarda narkotik əldə etmə, saxlama (234.4.3), dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd (277), hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə (278), qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yatatma (279), dövlət əleyhinə yönələn açıq çağırışlar (281), Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə sabit qrup yaratma (283-1), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315), Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə (318), rəsmi sənədləri qanunsuz hazırlama və ya saxtalaşdırma (320) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.


ETİKET :  

Daha Çox