-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı istintaq təzələndi

Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı istintaq təzələndi

23:53:31 | 2021-03-17

GancaPost.info saytı "Azadlıq Radiosu"-na istinadən xəbər verir ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib. Hakim bu dəyişikliyi yeni dindirmələrə ehtiyac olması ilə izah edib.

Bu iş üzrə məhkəmə araşdırmaları 10 gün öncə tamamlanmışdı, martın 16-da prokuror çıxış edib, sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara cəza istəməli idi. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq təzələnir.

Məhkəmədə hakim Əfqan Hacıyev keçmiş icra başçısının anlaqsız olması barədə daha bir həkim rəyini elan edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər və onların vəkillərinin E.Vəliyevin dindirilməsində israrını nəzərə alaraq, növbəti məhkəmə iclasına qədər onun gətirilməsinin mümkünlüyü məsələsini bir daha müzakirə edəcəklər. Növbəti məhkəmə iclası martın 30-na təyin edilib.


ETİKET :  

Daha Çox