Elmar Vəliyev deyilənləri dərk etmir, özünü ifadə edə bilmir - Məhkəmə İşi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Martın 16-da prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Bu işə bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. MeydanTV-ə xəbər verir ki, ötən gün, martın 4-də məhkəmə istintaqının yekunlaşması haqda qərar elan edilməmişdən əvvəl vəkillər xeyli vəsatətlər qaldırıblar.

Vəkil Vamiq Şükürov hüquqlarını müdafiə etdiyi Ceyhun Qurbanovun həyatının təhlükə altında olduğunu hakimlərin nəzərinə çatdırıb. Müdafiəçinin sözlərinə görə, epilepsiya xəstəliyindən əziyyət çəkir, vəziyyəti tez-tez pisləşir, huşunu itirir: "Dustaqlar dilini çıxarırlar, özünə gətirirlər. Amma bu nə vaxta qədər belə davam edə bilər? Onun bu vəziyyətdə həbsdə saxlanması həyatına təhlükədir".

Vəkil müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev zərərçəkmiş qismində tanınan keçmiş icra başçısının məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Digər vəkillər də vəsatəti müdafiə edərək bildiriblər ki, Elmar Vəliyevin dindirilməsi zəruridir. Çünki ona veriləsi elə suallar var ki, onlara məhkəmədə onu təmsil edən nümayəndəsi Fəxrəddin Səfərov cavablandıra bilməz.

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 59.1.12 maddəsində zərərçəkmişlə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri sayılır. Zərərçəkmiş icra başçısı dindirilməlidir ki, onun bu haqda fikri öyrənilsin.

Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.

Hakim Əfqan Hacıyev də Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Türkiyə türkcəsində tərtib olunan rəydə icra başçısının tibbi diaqnozu yazılıb. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Vəkil Cavad Cavadov məhkəmənin nəzərinə çatdırıb ki, Elmar Vəliyevin onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada verilmiş etibarnaməsi var. Əgər onun əqli və fiziki durumu normal deyilsə, etibarnaməni necə verib?

Bu sual açıq qalıb, nümayəndə də ona cavab verə bilməyib.

Hakimlər vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislər tərəfindən öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir. Onlar öldürülmüş ailə üzvlərinin günahsız olduğunu deyirlər.

Yunis Səfərov sabiq icra başçısını Gəncədə əhaliyə qarşı pis rəftarına görə öldürmək istədiyini bildirib. O, digər təqsirləndirilən şəxslərin onun əməlinə aidiyyəti olmadığını bildirib.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR