-- Adversting 9 --
-- Adversting 10 --

Ekspertizanın Elmar Vəliyevlə bağlı rəyi: psixi pozğunluq durumu yaranıb

Ekspertiza Elmar Vəliyevlə bağlı qərarını açıqladı: psixi pozğunluq durumu yaranıb.

11:10:57 | 2021-07-08

Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı ekspertiza rəyi verilib.

GancaPost.info xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, - deyə vəkil açıqlamasında qeyd edib.

Məhkəmə prosesi iyulun 15-də davam edəcək.

Vəkilin bu dediklərinə, hələlik, prosesdə digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.

Bu ilin mayında məhkəmə Gəncənin keçmiş icra başçısı E.Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar vermişdi. Bu üzdən də proses qeyri-müəyyən vaxta ertələnmişdi. Amma E.Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslərin vəkilləri və yaxınları bunu gecikmiş qərar sayırdılar. Onlar deyirdilər ki, məhkəmə davam etdiyi bir ildən artıq müddətdə vəkillər belə bir ekspertizanın keçirilməsi barədə dəfələrlə vəsatət vermişdilər. Amma bu il mayın 25-də bu məsələdə "hə" deyən hakimlər əvvəllər onların heç birini təmin etməmişdi.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxan zaman müdafiə tərəfi etiraz verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsinin olması səbəbilə işin başqa məhkəməyə göndərilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsinə etirazı əsaslı hesab edərək, cinayət işini baxılması üşün Bakı Ağır Cinayətlər Məhkiəməsinə göndərib.

Keçmiş icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror Y.Səfərova ömürlük, digərlərinə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Bununla belə, sözügedən qərar ilə məhkəmə prosesi bir aydan çox idi ki, dayanmışdı.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.


ETİKET :  

Daha Çox