-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Düşmənin Gəncəyə raket zərbəsi nəticəsində 7 binaya ziyan dəyib

Şəhərin Qələbə parkı tamamilə yararsız hala düşüb.

01:35:37 | 2020-10-13

Düşmənin Gəncəni raket atəşinə tutması nəticəsində 7 binaya ziyan dəyib. GancaPost.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.

N.Bayramovun sözlərinə görə, ötən gün baş verən hücum nəticəsində 35 nəfər mülki şəxs yaralanıb: “Burada heç bir hərbi hissə yoxdur. Ərazidə 150-ə yaxın dinc əhali yaşayır. Burada Qələbə parkı yerləşirdi ki, artıq tamamilə yararsız hala düşüb”.


ETİKET :  

Daha Çox