-- Adversting 9 --
-- Adversting 10 --

“Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir”

“Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir”

13:11:38 | 2021-09-10

Bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar “Adalar dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Problemləri Simpoziumu”nda çıxışı zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir. Bu məsələdə Türkiyənin üzərinə böyük yük düşür. Türkiyə bunu etməsəydi, Yunanıstan və Avropa üçün nəticələr necə olardı? Amma bu problem təkcə Türkiyənin deyil. Yunanıstan bu məsələdə mövqeyini dəyişməlidir. İnsanların Egey dənizinin soyuq sularında ölümə tərk edilməsi bəşəri cinayətdir”, - o qeyd edib.


ETİKET :  

Daha Çox