-- Adversting 9 --
-- Adversting 10 --

Dövlət qulluğuna qəbul imtahanı Gəncədə keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək

17:44:11 | 2021-02-04

Dövlət qulluğuna qəbul imtahanları Bakı ilə yanaşı, Gəncə şəhərində də keçiriləcək.

GancaPost.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat Xidmətinin rəhbəri Xanlar Xanlarzadə feysbuk səhifəsində yayımlanan "Müzakirə vaxtı" verilişində bildirib.

Onun sözlərinə görə, bu, bir ilkdir. Çünki adətən dövlət qulluğuna qəbul imtahanları Bakıda baş tuturdu:

"Amma mart ayının 7-si keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanının test mərhələsi həm Bakıda, Gəncədə baş tutacaq. Ətraf rayonlardan kimə Gəncə şəhəri yaxındırsa, o, Gəncədə imtahan verə biləcək. Bakı üzrə 2 000 yer, Gəncəyə isə 500 yer ayrılıb. Hələ ki, kifayət qədər yer var. Müraciət etmək istəyənlər qeydiyyatdan keçə bilərlər”.


ETİKET :  

Daha Çox