-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Dörd Prezidentin Gəncədən Tiflisə gedişi...

Orada bizi Gəncə şəhər yerli hakimiyyət nümayəndələri qarşıladı.

17:21:45 | 2019-02-13

2008-ci ilin avqustunda Rusiya qoşunlarının Tiflisə doğru irəlilədiyi bir vaxtda Ukrayna, Polşa və Baltik ölkələrinin liderlərinin Gürcüstan prezidenti Mixeil Saakaşviliyə dəstək üçün Azərbaycan üzərindən keçib bu ölkəyə getdiyi məlumdur. Həmin hadisələri xatırlayanlar bilir ki, dörd Prezidentin və bir Baş nazirin olduğu təyyarə Gəncəyə enib. Oradan onlar avtomobillə Tiflisə yola düşüblər. Həmin vaxt Fransa prezidenti Nikola Sarkozi də Moskvadan Tiflisə gəlib və Gürcüstan üçün təslimçi atəşkəs razılaşmasını özüylə gətirib.

GencePost.com-un məlumatına görə,həmin hadisələr haqda Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonun 2014-cü ilin aprelində çapdan çıxan kitabında ətraflı bəhs edilir. Bir müddət öncə “Ukrainskaya Pravda” kitabdan həmin hissəyə dair seçmələri dərc edib. Yuşşenko yazır ki, məhz Avropa İttifaqının Gürcüstan üçün təslimçi sülh variantına razılaşması Rusiyanın əl-qolunu açdı və sonradan Ukrayna ərazilərinin bir hissəsinin itirilməsinə səbəb oldu.

“Yol tam qaranlıq idi. Faraların işığı gecənin zülmət qaranlığından ara-sıra hansısa çınqıl parçalarını və yol kənarlarındakı tikinti texnikasını işıqlandırırdı. Yol boyu toz basmış qreyderlər və yük maşınları dayanmışdı. Bu, pis vəziyyətdə olan dağ yolu idi, maşınlar çala-çuxura düşüb silkələnildi”- Yuşşenko Gəncədən Tiflisə gedən yolu təsvir edərək yazır.

Ukraynanın keçmiş prezidentinin kitabından: “Telefon aramsız zənglərdən partlayırdı. Mənə tez-tez Gürcüstandakı vəziyyət barədə məruzə edirdilər. Hər şey ola bilərdi. Heç kim bizim bu təhlükəli missiyamızın uğurlu olacağına əmin deyildi. Hansısa rus serjantı “səhvən” bizim maşınları vura və bunu elə edərdilər ki, dünyada hamı hadisənin təsadüf olduğuna inanardı. Sonradan mən yenidənTiflisə gedəndə Rusiya tanklarının məhv etdiyi üzümlükləri göstərdilər. Bu, bizim maşınların keçdiyi yolun kənarı idi. Kalonda 15 maşın hərəkət edirdi. Orada Estoniya Prezidenti Tomas İlves, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski, Latviya Baş naziri İvar Qodmanis və mən var idim. Biz Tiflisə gedirdik. Gürcüstanın digər tərəfindən isə rus ordusu Tiflisə yaxınlaşırdı. Qeyri-müəyyənlik hissi hakim idi. Aydın deyildi ki, hadisələr necə cərəyan edəcək”.

Kitabda deyilir ki, beş ölkə liderini aparan təyyarə Polşa prezidentinin idi. Sonradan həmin Tu-154M təyyarəsi Rusiyanın Smolensk vilayəti üzərində müəmmalı qəzaya uğradı, Kaçinski və digər Polşa liderləri həlak oldu. Təyyarənin birbaşa Tiflisə uçması nəzərdə tutulsa da Rusiya hava məkanından keçid icazəsi verməyi ləngidib. “Biz başa düşdük ki, ruslar bizim getməyimizi istəmir, yaxud qəsdən elə edirlər ki, təyyarə gecə saatlarında uçsun. Gecə saatlarında uçuş isə daha risklidir, üstəlik hərbi əməliyyatlar zonasının üstündən uçmaqdan söhbət gedirsə. Nəticədə biz qərara aldıq ki, təyyarə gün batmadan havaya qalxsın. Biz Türkiyənin hava sahəsindən keçib Azərbaycanın Gürcüstana nisbətən yaxın Gəncə şəhərində endik. Orada bizi Gəncə şəhər yerli hakimiyyət nümayəndələri qarşıladı. Maşınlara mindik və gecənin qaranlığında yola düşdük. Dörd saat sonra Tiflisə çatdıq. İnsanlar küçələrdə 4-5 nəfərlik qruplar halında sanki yağışda çətirin altına sığınan kimi dayanmışdılar. Bu, Antarktikada pinqvinlərin yaxınlaşan qasırğadan özlərini qorumaq üçün bir yerə yığışmasını xatırladırdı...”

Yuşşenko yazır ki, Tiflisə getmək qərarını Saakaşvilinin telefon zəngindən sonra qəbul edib. Kitabda deyilir ki, Saakaşvili avqustun 11-də zəng vurub, səsi olduqca həyacanlı olub. “Çox danışmadı, dəstəyi götürən kimi “Viktor, onlar Tiflisə gəlir” dedi. Mən bir dəqiqəlik pauzadan sonra nə edə biləcəyimizi soruşdum. “Gəl” dedi” - keçmiş prezident yazır.

“Biz rus tanklarının qarşısında silahsız dayanmağa, həbs olunmağa da hazır idik. Qoy dörd prezidenti və bir baş naziri həbs etsinlər, ancaq hamı görsün ki, biz gürcülərlə birlikdəyik” - Yuşşenko deyib.


ETİKET :  

Daha Çox