-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

DİQQƏT: Banklar bu məbləği əhaliyə geri qaytaracaq - RƏSMİ

"Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq".

15:15:44 | 2019-02-28

Prezident İlham Əliyev əhalinin problemli kreditlərinin həll edilməsi ilə bağlı fərman verib.

GencePost.com xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı yayımında prezidentin bugünkü fərmanını şərh edib.
Baş direktor deyib ki, əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq: "Söhbət devalvasiya zamanı götürülən dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir”.
Qeyd edək ki, Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.


ETİKET :  

Daha Çox