-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Deputat: Regionlarda kazinolar yaradılmalıdır

"Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir"

23:02:01 | 2020-05-05

GancaPost saytı xəbər verir ki, bu barədə "Xalq Cəbhəsi" qəzetinə müsahibəsində deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır.

"Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır. Vaxt gedir...."- deyə deputat qeyd edib.

Q.Həsənquliyev daha sonra İcra Hakimiyyəti başçılarının səlahiyyətləri məsələsinə də toxunub.

"İcra Hakimiyyəti başçılarının səlahiyyətləri mərkəzi İcra hakimiyyətinin təmsilçisi olmaq səviyyəsində məhdudlaşdırılmalıdır. Bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli, sakinlər yerlərdə hakimiyyətin formalaşdırılmasında iştirak etməlidirlər. Bakı və Gəncə şəhər Bələdiyyələri yaradılmalıdır. Yerlərdə mülki cəmiyyət institutlarının yaradılması üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir".


ETİKET :  

Daha Çox