-- Adversting 9 --
-- Adversting 10 --

Deputat Gəncə “MERO”-sunu korrupsiyada ittiham etdi - VİDEO

"Gəncədə vətəndaşlardan qeydiyyat nişanına, texniki baxışa görə pul tələb edilir"

14:27:19 | 2021-06-09

GancaPost.info xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxışı zamanı Gəncədən olan deputat Müşfiq Cəfərov səsləndirib.

Müşfiq Cəfərov Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhərində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində baş verən korrupsiya hallarının olduğunu bildirib

Deputat bildirib ki, korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparır. Bütün bunlara baxmayaraq yenə də bəzi idarə və təşkilatlarda rüşvətxorluq baş alıb gedir.

"Biz Gəncə deputatlarını, vətəndaşların çox saylı müraciətləri və həddən çox artan narazılıqları narahat edir, ələxsusda son zamanlar Gəncə şəhərində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində baş verən özbaşnalıq. Şöbəyə yeni rəhbər təyin olunduğuna baxmayaraq təşkilatda özbaşınalıq, həddini aşma, heç bir qanuna tabe olmamaq halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan anti-korrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur.
Qeyd edim ki, sürücülük vəsiqəsi üçün rüsumlar - 58 manat 40 qəpik məktəb qeydiyyatına, 20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürücülük vəsiqəsi üçün ümumilikdə 104 manat 20 qəpik olduğu təqdirdə vətəndaşlardan 1000 manat pul istənilir. Qeydiyyat nişanı üçün rüsumlar, 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpik ümumilikdə 65 manat 80 qəpik olduğu təqdirdə isə vətəndaşdan 350 manat pul tələb olunur. Mən təklif edirəm ki, bu qurumun bütün səlahiyyətləri ASAN xİdmət mərkəzlərinə verilsin. Beləlikdə şəffaflığa nail olunsun. Mən həmkarlarımı, bütün təşkilatları və vətəndaşları dövlətimizi nüfuzdan salan korrupsiyaya və rüşvətxorluğa qarşı yumruq kimi birləşərək mübarizəyə çağırıram"- deyə Müşfiq Cəfərov bildirib.



ETİKET :  

Daha Çox