-- Adversting 9 --
-- Adversting 10 --

Deputat: Addımlar atılmasa, Gəncə ciddi sosial problemlə üzləşəcək

Deputat Müşfiq Cəfərov Gəncə şəhərinin sosial problemlərindən danışıb - VİDEO

04:18:18 | 2021-07-10

lkənin ikinci böyük şəhəri olan Gəncədə bir zamanlar mövcud olan zavod və fabriklərin işinin dayanması məşğulluqla bağlı ciddi problemlər yaradıb. Gəncənin məşğulluq probleminin həlli istiqamətində əməli addımlar atılmasa, Nizami yurdu ölkəmizin həyatındakı vacib rolunu itirmə təhlükəsi qarşısında qalacaq"

GancaPost.info xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Gəncədə 3 universitet, 3 kollec, 3 peşə liseyi, 3 peşə məktəbi, 45 orta məktəb fəaliyyət göstərir.

"Gəncə Azərbaycanın ikinci şəhəri və elm, sənaye mərkəzi olmasına baxmayaraq, bu gün ciddi sosial-iqtisadi cəhətdən durğunluq hökm sürür. Əgər problemlərin həlli istiqamətdə addımlar atılmasa, Gəncə ciddi sosial problemlə üzləşəcək. Ona görə də böyük bir şəhərdə iqtisadi-sosial durğunluğun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır.

Bir zamanlar Gəncədə insanlar Avtomobil zavodu, Büllur zavodu, Xalça Kombinatı, Çini Qablar zavodu kimi müəssisələr fəaliyyət göstərib. İqtisadi fəallığı artımaq üçün böyük potensial var və bundan istifadə etmək lazımdır”- deyə deputat qeyd edib.



ETİKET :  

Daha Çox