Dahi Nizaminin hörmətsiz edilən büstü - Foto

Sosial şəbəkədə Biləsuvarın İsmətli kəndində yaşayan gənc bir müəllimin statusu və yerləşdirdiyi şəkil diqqətimi çəkdi. Uzun-uzadı nəsə yazmağa ehtiyac duymadım. Status müəllifi zatən bir cümlə və şəkillə hər şeyə aydınlıq gətirib. Ona görə bir başa mətləbə keçirəm.

Əvvəl gənc müəllimin yazdığı statusu oxuyun və yerləşdirdiyi şəklə baxın. Biləsuvarın İsmətli kəndində yaşayan gənc müəllim Ziya Ziyadov: "Nizami Gəncəvinin Biləsuvarda, İsmətlidəki baxımsız büstü. Təmir olunub məktəb qarşısında yerləşdirilsə, gözəl olar. Büst kəndin "Kolxoz Həyəti" adlanan ərazidə yerləşir".

Mənim diqqətimi nə cəlb elədi?!

Təbii ki, dahi Nizaminin büstünün bu vəziyyətdə olması acınacaqlıdır və biabırçılıqdır. Ən pisi isə bu büstü bərpa edib məktəbin qarşısında yerləşdirmək üçün müraciət edəcək ünvanımız hələlik yoxdur. Başı onun-bunun pulunu, malını oğurlamağa qarışmış Biləsuvarın İcra başcısı həbsdə, Mədəniyyət Nazirliyinin rəhbərliyinin bir qismi içəridə, digər qismi də... Buna görə Biləsuvardan olan gənc müəllimin bu təşəbbüsünə cavab verəcək şəxslər tapmaq müşkül məsələdir. Yeni müdirlər, başçılar... gözləmək lazım gələcək.

Ona görə gənc müəllimin bu təşəbbüsünə diqqət yönəldərək başqa bir təkliflə çıxış etmək qərarına gəldim. Aidiyyəti olmasa da, Təhsil Nazirliyi bu təşəbbüsə qoşulsa, necə olar?

Dahi Nizaminin büstünü bərpa edib kənd məktəbinin qarşısında yerləşdirsə, hamımız təşəkkür edərik...

Telejurnalist Şöhrət Əli

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR