-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Daha 2 ölkə avroya keçir

Bolqarıstan və Xorvatiya avroya keçir

01:03:02 | 2020-07-12

Bolqarıstan və Xorvatiya avro pul vahidinə keçidin ilk mərhələsi olan Avropa Valyuta Məzənnəsi Mexanizminə qatılıblar.

GancaPost.info Marja-ya istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti, Bolqarıstanın pul vahidi levanın və Xorvatiyanın pul vahidi kunanın avroya keçiddə lazımlı meyarları yerinə yetirərək "gözləmə otağı" olaraq adlandırılan Avropa Valyuta Məzənnəsi Mexanizminə (ERM2) girdiyini açıqlayıb.

Açıqlamada, bu ölkələrin pul vahidlərinin mexanizm içərisində 15% nisbətindəki məzənnə dalğalanması dəhlizinə daxil edildiyi, 1 avronun 1,95583 Bolqar levası və 7,53450 kuna olaraq təyin olunduğu qeyd edilib.

Bu müddətdən sonra, Bolqarıstan və Xorvatiya, mexanizmdə ən azı 1 il gözlədikdən sonra avro pul vahidinə keçə biləcəklər.

Avropa Valyuta Məzənnəsi Mexanizmi (ERM2), üzv ölkə pul vahidləri arasındakı valyuta məzənnələrinin sabitliyini təmin etmək üçün lazımlı çərçivəni təmin edir. Mexanizmdə, avro istifadə etməyən Avropa Birliyi üzvü ölkənin pul vahidinin məzənnəsi avro qarşısında sabitlənir, yalnız təyin olunmuş limitlər daxilində "dalğalanmasına" icazə verilir. Məzənnənin 15%-dək dəyişməsinə icazə verilir. Sistemin içərisində bir ilin tamamlanmasının ardından Avro Bölgəsi üzvləri, ölkənin qatılıb qatılmamasına qərar verirlər.

Hazırda Avro Bölgəsinə 19 ölkə daxildir.


ETİKET :  

Daha Çox