-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Daha iki siyasi partiya qeydiyyata alındı

Azərbaycanda daha iki siyasi partiya qeydiyyata alındı.

00:29:40 | 2020-05-08

GancaPost saytı xəbər verir ki, bunlar Cümhuriyyət Xalq Partiyası Müstəqil Xalq Partiyasıdır.

Ədliyyə Nazirliyindən yayılan məlumatda bildirilib ki, Cümhuriyyət Xalq Partiyası və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, may ayının 7-də Ədliyyə Nazirinin müavini Toğrul Musayev qeydiyyata alınmış partiyaların sədrləri Bədrəddin Quliyev (Cümhuriyyət Xalq Partiyası) və Əflan İbrahimov (Müstəqil Xalq Partiyası) arasında görüş keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.

Xatırladaq ki, bununla da Azərbaycanda qeydə alınan partiyaların sayı 59-a çatıb.

Qeyd edək ki, bir müddət öncə Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası da qeydiyyatda alınıb.


ETİKET :  

Daha Çox