-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Dağıntılar altından sağ çıxan Gəncə sakinləri danışır

Dağıntılar altından sağ çıxan Gəncə sakinləri danışır

01:58:42 | 2020-10-13

"Həmin gün saat 2 radələri olardı, hamı təbii ki, o vaxt yatırdı. Birdən partlayış oldu. Kim harada idi, kim dağıntılar altında qaldı, kim çıxdı, kimi çıxartdılar hamısı anidən baş verdi. Partlayış, toz, duman, qorxu, həyəcan... İlk başlarda nə baş verdiyini anlamadıq. Daha sonra özümüzə gəldik, FHN-nin xilasedici qrupu, əsgərlər, qohumlar, eşidənlər hamısı gəldilər. Bütün gecəni burada iş getdi. Bir neçə şəxsi dağıntıların altından çıxartdılar".
GancaPost.info xəbər verir ki, bu sözləri dağıntıların altından sağ çıxan Gəncə sakini, həkim Şahəddin Qasımov yaşadıqları dəhşətli hadisələri danışarkən deyib.

"Axşam yatırdıq birdən ev başımıza uçdu. Pəncərələr, qəlpələr... Uşaqlar nə olduğunu başa düşmədi. Məryəm dağıntıların altında itmişdi, harada olduğunu tapa bilmirdik. Anası qışqıra-qışqıra axtarırdı. Özüm də xəstə adamam, nə çəkmişəm Allah bilir. Anası da özündə deyil. Evimiz tamamilə yararsız hala düşüb".
Bu sözləri isə dağıntılar altından çıxarılan 2 yaşlı Həsənova Məryəmin nənəsi Qurbanova Elmira yaşadıqları dəhşətli anları danışarkən deyib.

Qeyd edək ki, 11 oktyabr tarixində Ermənistanın Gəncəyə raket atması nəticəsində 10 nəfər həlak olub, 36 nəfər yaralanıb.


ETİKET :  

Daha Çox