Dərbənddə Nizaminin abidəsi bərpa edilib

GencePost.com saytı Turan-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Reklam və Ticarət bölməsinin mütəxəssislərinin yardımı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Dərbənddə naməlum şəxslər tərəfindən ziyan dəymiş abidəsi bərpa edilib.

"Vandallara müraciət edirik: bu cür hərəkətlər RF qanunları ilə cəzalandırılır və sözsüz ki, bizim qədim şəhərin görünüşünü pozur", - deyə dərbəndli jurnalist Telman Tahirli sosial şəbəkədə yazıb.

Bundan öncə o bildirmişdi ki, Dərbəndin azərbaycanlı əhalisinin narazılığına və şikayətlərinə baxmayaraq, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinə qarşı vandalizm aktının aradan qaldırılması və Dərbənddə eyniadlı bağın abadlaşdırılması üçün tədbirlər görülmür.

Xəbər verildiyi kimi, bədxahlar abidənin sağ əlinin dörd barmağını sındırmışdılar. Ötən il Bakı İqtisadi Forumunda iştirak edən Dağıstan rəhbəri Vladimir Vasilyev baş verən hadisəyə münasibətini bildirib.

Azərbaycan Respublikası "İnsan Hüquqları Uğrunda" İctimai Birliyinin analitik-informasiya portalındakı şərhdə Dağıstan rəhbəri deyib: "Nizaminin abidəsinə qarşı vandalizmə bağlı olanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar. Hər hansı tarixi abidəyə qarşı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu yöndə iş aparırlar."

2018-ci ilin oktyabrında Dərbəndin rəhbəri Enrik Müslümovun göstərişilə abidə bərpa olunmuşdu. Ancaq bir aydan sonra abidənun barmaqlarını yenidən sındırıblar. Dünənə qədər Dağıstanda hökumət reaksiyası olmamışdı.

"Qonaqlar gəlir və barmaqları sınmış abidənin yanında foto çəkdirirlər. Əgər öz mədəniyyətimizə hörmət etmiriksə, Dərbənddə turuzmi necə inkişaf etdirə bilərik? Ümid edirik ki, Dərbənd Administrasiyası videomüşahidəni təmin edəcək, gecə işıqlandırmasını düzəldəcək və abidəni qoruyacaq", - deyə jurnalist Telman Tahirli qeyd edir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR