-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Cümhuriyyət medalını alanlar arasında ona layiq olmayan şəxslər var"

"Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bu medalı haram hesab edirəm" - Xalq şairi

15:42:21 | 2019-07-11

Azərbaycanın xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif olunan şəxslərdən danışıb.

GancaPost xəbər verir ki, S.Rüstəmxanlı demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən medalı alanlar arasında ona layiq olmayan şəxslər var.

Xalq şairi yubiley medalı ilə təltif olunan şəxslər arasında Məmməd Əmin Rəsulzadəni təhqir etmiş deputat Naqif Həmzəyevin olması məsələsinə isə belə cavab verib:

"Mən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilməyən, Cümhuriyyət haqqında təsəvvürü olmayan, onun ənənələrini qorumayan və öz həyatında Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bu medalı haram hesab edirəm. Bu, sözügedən məsələ ilə bağlı mənim qəti mövqeyimdir. Bu cür adamlardan kimlər medal alıbsa, onlar bu medala layiq deyillər".


ETİKET :  

Daha Çox