-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Cümhuriyyət Araşdırmalar Mərkəzi təsis edilib

Qurum "Düşüncə Mərkəzi" kimi fəaliyyət göstərəcək.

01:47:16 | 2019-06-01

Azərbaycanda Cümhuriyyət Araşdırmalar Mərkəzi (CAM) adlı qurum təsis edilib.

Məlumat mayın 31-də qurumun təsisçilərindən biri Natiq Cəfərli tərəfindən yayılıb.

Bildirilib ki, Cümhuriyyət Araşdırmalar Mərkəzi (CAM) – respublikaçı ideyaların məzmununu, təsirini, respublika idarəçilik formasının təşkilini, çeşidlərini, onun başqa idarəçilik formalarından fərqini, respublikaçılığın siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və tarixi cəhətlərini araşdıran düşüncə mərkəzidir.

CAM müstəqil bir qurumdur və əsas məqsədi yeni qanunvericilik təşəbbüsləri, mövcud problemlərlə bağlı mövqe sənədləri ilə çıxış etmək, qüvvədə olan qanunların hüquqi, sosial, iqtisadi ekspertizasını həyata keçirməkdir.

Məlumatda bildirilib ki, CAM ölkədə fəaliyyət göstərən bütün siyasi, ictimai qurumlarla əməkdaşlığa açıqdır.

Mərkəzin təsisçiləri arasında ReAL Partiyasının sədr müavinləri Natiq Cəfərli, Erkin Qədirli də var. O cümlədən, professor Rəhman Bədəlov, vəkillər Cavad Cavadov, Şəhla Hümbətova, ekspertlər Rəşad Şirinov, Vəfa Rüstəm də İdarə Heyətinə daxildirlər.

Hazırda CAM-ın direktoru Natiq Cəfərlidir, İdarə Heyəti 2 illik təyin edilir.


ETİKET :  

Daha Çox